Bakıda 6 ay əvvəl vurulan 17 yaşlı piyada dünyasını dəyişdi – FOTOLAR

Bakıda 6 ay əvvəl vurulan 17 yaşlı piyada dünyasını dəyişdi – FOTOLAR
Bütün Xəbərlər
12:27 22.12.2014
3655
Bakıda 6 ay əvvəl vurulan piyada dünyasını dəyişib. 
17 yaşlı Bərdə rayon sakini Rəşad Yusifov Suraxanı rayonu Atamoğlan Rzayev küçəsində ev 529-da kirayədə yaşadığı mənzildə ölüb.
Qeyd edək ki, qəza zamanı R.Yusifov kirayə yaşadığı küçədə naməlum avtomaşın tərəfindən vurulub. Hadisədən sonra sürücü piyadaya heç bir yardım göstərmədən oradan uzaqlaşıb. 
Qəza nəticəsində isə iflic olan R.Yusifov həmin gündən bəri yataq xəstəsi olub. Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Səxavət Süleymanov tərəfindən araşdırma başlanılsa da, piyadanı vuran sürücünün şəxsiyyətini və avtomobilin markasını müəyyən etmək hələ də mümkün olmayıb.
///Report.az
OXŞAR XƏBƏRLƏR