56 yaşlı nənə nəvəsinin dekabrın 18-də 00:00 radələrində evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib
Bakının Suraxanı rayonunda orta məktəb şagirdi yoxa çıxıb. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən verilən məlumata görə, dekabrın 19-da 56 yaşlı qadın nəvəsinin itməsi barədə polisə müraciət edib. Belə ki, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 139 mənzil 117-də yaşayan Qalina Səlimova müraciətində bildirib ki, onunla birlikdə yaşayan 31.05.2001-ci il təvəllüdlü nəvəsi dekabrın 18-də gecə saat 00:00 radələrində evdən çıxıb və geri qayıtmayıb. İtkin düşmüş Səlimov Rüfət 278 saylı orta məktəbin 6-cı sinif şagirdirir. Müraciətə əsasən polis dərhal axtarışlara başlayıb, araşdırma aparılır.