Bakıda 70 yaşlı kişi arvadını qısqandığı üçün intihara cəhd etdi
Bütün Xəbərlər
14:59 12.11.2012
864
Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 yaşlı kişi özünü öldürmək istəyib. Hüquq-mühafizə orqanları əməkdaşlarının verdikləri məlumata görə, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31, mənzil 7 ünvanında yaşayan İsmayıl Məmmədov özünü balkondan atmaq istəyib. Hadisə şahidləri və polis işçiləri kişini fikrindən döndərmək üçün 2-3 saat cəhd edib. Kişi isə kəlmeyi-şəhadətini deyərək özünü atacağını, həyata nifrət etdiyini, arvadının onu aldatdığını deyib. Uzun danışıqlardan sonra nəhayət ki, İsmayıl Məmmədovu fikrindən daşındırmaq mümkün olub.İsmayıl Məmmədov özünü öldürmək istəməsinin səbəblərini nikahdan kənar yaşadığı 63 yaşlı qadın Əzizə Abdullayevanın ona xəyanət etməsilə izah edib. İsmayıl Məmmədov bildirib ki, artıq o da Əzizə Abdullayevanı sevmir və bu yaxınlarda görüb-bəyəndiyi 40 yaşlı qadına vurulub.