Bakıda 73 yaşlı kişi özünü yeddinci mərtəbədən atdı
Bütün Xəbərlər
12:12 30.07.2012
1572
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.Hadisə rayonun Məhəmməd Hadi küçəsi, 113 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan, 1939-cu il təvəllüdlü Nuşirəvan Məmiş oğlu Cəfərov özünü yaşadığı evin eyvanından atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.