Bakıda intihar hadisəsi baş verib.
Bu barədə Sabunçu rayon Prokurorluğundan bildirilib. Hadisə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1936-cı il təvəllüdlü Nübar Sadiq qızı Əliyeva yaşadığı mənzildə özünü asıb.
Qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.