DİN məlumat yaydı.
Paytaxt ərazisində dilənçiliklə məşğul olan 77 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Binəqədi, Nəsimi, Sabunçu, Nərimanov və Qaradağ rayonları ərazilərində dilənçiliklə məşğul olan 77 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində müvafiq tədbir görülmüşdür.