Bakıdakı şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı həbs gözlənilir.
Milli.Az xəbər verir ki, "Zəngəzur" şadlıq sarayında avqusun 8-də 77 nəfərin zəhərlənməsi ilə bağlı artıq cinayət işi başlanıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin salamlığına az ağır və ya ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı dava etdirilir.
Avqustun 8-də Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində 77 nəfər zəhərlənib, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət edib. Qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı" ehtimal olunur.