Bakıda 77 yaşlı qaynata kürəkənini bıçaqladı

Bakıda 77 yaşlı qaynata kürəkənini bıçaqladı
Bütün Xəbərlər
12:15 30.04.2015
1062
İntihar xəbəri yalan çıxdı.
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb.
Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub.
Müəyyən edilib ki, E.Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib.
Hadisəni törədən T.Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR