Bakıda 8 yaşlı qızına təcavüz edən ögey ataya hökm oxundu

Bakıda 8 yaşlı qızına təcavüz edən ögey ataya hökm oxundu
SOSİAL
13:27 17.10.2016
3202
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə ögey qızını zorlayan M.Baton 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Maştağa qəsəbəsində baş verib. M.Baton azərbaycanlı qadınla qeyri-rəsmi formada birgə yaşayıb və qadının birinci ərindən olan qızını uzun müddət mütəmadi olaraq zorlayıb.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR