01:03 Cümə Axşamı, 23 Yanvar 2020
SOSİAL

Bakıda 80 yaşlı kişi 44 yaşlı qadının boğazını kəsdi

21:36, 17.09.20196125
Bakıda 80 yaşlı kişi 44 yaşlı qadının boğazını kəsdi
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ