Bakıda 83 yaşlı anasını öldürən qadın haqqında hökm oxundu

Bakıda 83 yaşlı anasını öldürən qadın haqqında hökm oxundu
Bütün Xəbərlər
12:50 12.06.2013
1034

Bakı Ağır Cinayətlər Məhkəməsində 83 yaşlı anasını xüsusi amansızlıqla qətlə yetirən Lumina Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, L. Məmmədova 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 30-da saat 12.00 radələrində Qaraçuxur qəsəbəsi Kamunal küçəsində yaşayan 42 yaşlı Lumina Məmmədova anası, 83 yaşlı Çevrov Kərim qızı Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. 

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən L. Məmmədova saxlanılıb. 

OXŞAR XƏBƏRLƏR