Bakıda ağac maşının üstünə aşdı - VİDEO

Bakıda ağac maşının üstünə aşdı - VİDEO
Bütün Xəbərlər
13:32 14.01.2013
1271
Əgər BMW markalı avtomaşının sahibi günlərin bir günü öz sevimli arabasının üstünə bu boyda bir ağacın düşəcəyini bilsəydi yəqin ki, axşamlaması üçün avtomobilinə yeni məkan axtarardı. Nəzərinizə çatdırım ki, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi 8 ünvanında qeydə alınıb.Zərərçəkmiş sürücü deyir ki, avtomobili həmişə burada, yəni yaşadığı Baş Mühafizə İdarəsinin yataqxanasının həyətində saxlayıb. Elə aşmış ağac da uzun müddət həyətdə olduğundan, onun bir gün belə bir problem yaradacağını ağlından da keçirməyib. Elə ötən gün hadisədən əvvəl avtomaşını həmişəki yerində saxlayıb evinə qalxanda da, bu ehtimalı ağlına gətirməyib.Onu da əlavə edək ki, aşmış ağac yaxınlıqda olan 4 saylı Uşaq Musiqi məktəbinin damının bir hissəsini də zədələyib. Əgər nəzərə alsaq ki, gün ərzində bu həyətdən bina sakinləri ilə yanaşı, məktəbli uşaqlar da keçib gedir, o zaman ağacın gündüz saatlarında aşması daha böyük fəlakətə səbəb ola bilərdi. Diqqətlə baxanda həmin bu çinar ağacının quru, çürümüş olduğu aydın sezilir.Hadisə ilə əlaqədar zərərçəkmiş avtomaşın sahibi aidiyyəti qurumlarla yanaşı, hüquq mühafizə orqanlarına da müraciət edib. Ancaq hamısından səs çıxsa da, Yaşıllaşdırma İdarəsindən hər hansı bir reaksiyanın verilməməsi onu daha çox yandırır. Deyir, “dəfələrlə zəng etsək də, həmin qurumdan köməyə gələn olmayıb”. Elə ona görə də, avtomaşın növbəti gecəni ağır ağac budaqlarının altında keçirməli olub. Hadisənin hansı şəraitdə baş verməsi isə müvafiq qurumlar tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR