Bakıda ağacları məhv edən restoran sahibi cərimələndi - 57 min manat

Bakıda ağacları məhv edən restoran sahibi cərimələndi - 57 min manat
SOSİAL
12:15 09.08.2017
860
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xətt”inə  Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən "Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
 
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
 
Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quruköküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib.
 
Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.
 
Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 m2 torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.
 
Faktla bağlı "Bulaq” restoranının sahibi E. Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib.
 
Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb