Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazi yanır
SOSİAL
17:30 22.06.2021
759
Bakıda ağaclıq ərazidə yanğın olub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR