Fakt üzrə istintaq aparılır.
Noyabrın 4-də Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsində ABŞ vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi (YNH) baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Nəsimi rayon Polis İdarəsində bildiriblər.
ABŞ səfirliyinin mühafizə xidmətinin rəisi 1969-cu il təvəllüdlü Ceyms Falqost “Toyota” markalı avtomobili idarə edərkən Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Rizvan Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Xoşbəxtlikdən toqquşma zamanı zərər çəkən olmayıb. Yalnız Azərbaycan vətəndaşının avtomobili əzilib.
Fakt üzrə istintaq aparılır.