Bakıda dəhşətli avtobus qəzası baş verib
Bir neçə dəqiqə bundan öncə baş vermiş qəza Zığ şossesindən şəhərə gələn istiqamətdə baş verib. Hadisə şahidlərinin Milli.Az-a verilən məlumata görə, qəzanın səbəbi avtobus sürcüsünün sürəti aşması olub.
Belə ki, şəhər istiqamətində hərəkət edən avtobus içi dolu sərnişinlə yolun kənarında duran "Qazel" markalı avtobusa "girib". Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan üçü qadın, biri isə kişidir.
Xəsarətlər ağır olduğundan sərnişinləri təcili tibbi yardım gözləmədən taksilərə mindirib xəstəxanalara yollayıblar.







