NİİM sürücülərə alternativ yol göstərib.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a daxil olan məlumata əsasən, Mətbuat prospekti Yasamal (Musabəyov) parkının qarşısı, 20 yanvar dairəsi istiqamətində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində yolda sıxlıq yaranıb.
NİİM sürücülərə alternativ olaraq Abbas Mirzə Şərifzadə küçəsilə hərəkət etməyitövsiyə edib.