Bakıda ağır yol qəzası baş verib. Hadisə bu gün saat 21.00 radələrində metronun “Əzizbəyov” stansiyasının yaxınlığında qeydə alınıb. Zabrat qəsəbəsi istiqamətində hərəkət edən mikroavtobus iki minik maşını ilə toqquşub. Qəza nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.