Bakının Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 17-dən 18-nə keçən gecə Abşeron rayonunun Novxanı qəsəbəsində “VAZ-21011” və “VAZ-21015” markalı iki minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.