Bakıda ağır yol qəzası: maşın aşdı - VİDEO

Bakıda ağır yol qəzası: maşın aşdı - VİDEO
Bütün Xəbərlər
16:15 14.02.2013
1417
Gecə saatlarında Bakının Nizami rayonunda avtomobil aşıb. Rayonun Babək prospektində baş vermiş yol qəzası zamanı Xalqlar Dostluğu dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomaşının sürücüsü döngələrin birində idarəetməni itirib və nəticədə avtomaşın yolun kənarındakı bardürlərə çırpılaraq aşıb.Avtoqəza xəsarətsiz ötüşsə də, avtomobilə ciddi ziyan dəyib. Hadisənin səbəblərini Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri araşdırır.İlkin ehtimala görə, avtoqəza sürücünün avtomaşını tələb olunan sürətdən artıq sürətlə idarə etməsindən sonra baş verib.Fidan
OXŞAR XƏBƏRLƏR