Bakıda akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub

Bakıda akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub
Bütün Xəbərlər
12:00 06.08.2013
1823
Bakıda akademikin evindən 60 min dollar oğurlayan qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nərmin Abbasova saxlanıb.Qeyd edək ki, ötən gün Yasamal rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngə-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
OXŞAR XƏBƏRLƏR