Bakıda Almaniya istehsallı eskalatorlar ‘kitayski’ çıxdı

Bakıda Almaniya istehsallı eskalatorlar ‘kitayski’ çıxdı
Bütün Xəbərlər
11:22 23.02.2012
2387

Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsindəki keçiddə təmir aparılır

Bakıda Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən keçid təmir edilir. ANS TV-nin məlumatına görə, 3,3 milyon manata başa gəldiyi deyilən yeraltı piyada keçidi artıq bir neçə gündür ki, təmirə bağlanıb. Yeraltı keçidin açılışı 2007- ci ilin sentyabrında ölkə başçısının iştirakı ilə baş tutmuşdu. O zaman prezidentə məlumat verilmişdi ki, iki tərəfə çıxışı olan keçiddə 4 eskalator quraşdırılıb və onların 4-ü də Almaniya istehsalıdır. AZXEBER.COM-un məlumatına görə, ANS TV-nin çəkiliş qrupu əraziyə yollananda isı məlum olub ki, elə keçidin təmirə dayanması da məhz həmin eskalatorların işləməməsi ilə bağlıdır. Keçiddən vaxtaşırı istifadə edən şəhər sakinlərinin sözlərinə görə, eskalatorlarda problemin yaranması birinci dəfə deyil. Bir müddət əvvəl də eskalator təmirə dayanıb və qısamüddətli fasilədən sonra yenidən piyadaların ixtiyarına verilib. Eskalatoru təmir edən ustanın da sözlərinə görə, indiki təmir çox vaxt aparmayacaq. Çünki nasaz olan 4 eskalatordan 3-ü artıq təmir edilib. "Hava qarlı idi, eskalator donub. İndi təmir edirik", deyə usta Natiq Əsədov bildirdi. Natiq Əsədovdan "almanların bu eskalatorları quraşdıranda qarlı-şaxtalı havada işləməsini nə əcəb hesaba almayıblar?" soruşduqda isə dedi ki, nə Almaniya... Şəhərdəki bütün eskalatorlar içi bu eskalator qarışıq Çində istehsal olunur. Düzdür, eynən bu tip Almaniya istehsalı olan eskalatorlar da var. Onlar da ancaq metrostansiyalarda quraşdırılıb, vəssalam. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov da eskalatorların Çində, amma alman mütəxxəssislər tərəfindən yığıldığını dedi. Deməli, onda belə bir zəruri düzəlişə ehtiyac var. Bakının yeraltı keçidlərinin eskalatorları Çində istehsal olunur. Görəsən, alman dəqiqliyi ilə ? Bax bunu deyə bilməyəcəyik. Çünki, eskalatorların iki gündən bir sıradan çıxması bunu deməyə imkan vermir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"