Bakıda Almaniya vətəndaşını qətlə yetirən şəxs tutuldu

Bakıda Almaniya vətəndaşını qətlə yetirən şəxs tutuldu
Bütün Xəbərlər
12:08 18.05.2013
2278

Bakıda Almaniya vətəndaşını bıçaqlayaraq qətlə yetirən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Məlumata görə, mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisindən Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov və daha bir nəfər - Ağdaş rayon sakini Rüfət Zakirov şübhəli şəxs qismində tutulublar.İlkin istintaq araşdırmaları ilə müəyyən edilibki, V.Şilder adı açıqlanmayan bir azərbaycanlı qızla ailə həyatı qurmaq məqsədilə tanış olaraq yaxınlıq edib. Lakin sonradan həm qız, həm də valideynləri bunun əleyhinə çıxıb, münasibətlərin davam etdirilməsini istəməyiblər.V.Şilder onları qızın müxtəlif formada çəkdiyi şəkillərini sosial şəbəkələrdə yayacağı hədəsi ilə şantaj edib və özü də elə həmin şantajın qurbanı olub.Bəzi mətbuat orqanlarında cinayətdə Tariyel Ağayev adili şəxsin adının hallandırılmasına cavab bildirilir ki, əməliyyat-istintaq qrupunda cinayətin törədilməsində onun iştirakını, yaxud hər hansı formada əlaqəsini təsdiq edən məlumat yoxdur.Hazırda cinayət işinin istintaqı prokurorluq orqanlarında davam etdirilir.

OXŞAR XƏBƏRLƏR