Bakıda ana həbsdə olan oğluna heroin keçirərkən tutuldu

Bakıda ana həbsdə olan oğluna heroin keçirərkən tutuldu
KRİMİNAL
10:40 06.07.2019
6482
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. 

Xidmətdən AZXEBER.COM-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 28; 317.3; 317.2.1; 66.3; 67.1; 120.2.1; 120.2.11; 180.1; 234.1; 66.2 və 67.1-ci maddələrinə əsasən 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,323 qram olan narkotik vasitə - tiryək aşkar edilib. 

Bundan başqa, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 240.3.1 və 240.3.2-ci maddələrinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Kərimov Elçin Əhmədağa oğlu ilə görüşə gəlmiş oğlu Bakı şəhər sakini Kərimov Adnan Elçin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan "Slavyanka” yazılı şəffaf plastmas qabın içərisindəki mayeyə qarışdırılmış 0,495 qram psixotrop maddə - metamfetamin aşkar aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 181.2.1; 181.2.4; 181.2.5 və 228.4-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə - heroin aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi