Bakıda ana uşağını qonşuya verib, getdi...

Bakıda ana uşağını qonşuya verib, getdi...
Bütün Xəbərlər
02:17 14.03.2012
1807

Ana 6 aylıq uşağını qonşuya yarım saatlıq adıyla verib geri dönmədi  

Hadisə Xəzər rayonu Pirallahı qəsəbəsində qeyri-adi hadisə baş verib. Tamara adlı qadın 6 aylıq körpəsini qonşusuna yarım saatlıq baxmaq adıyla verib 2 ay yoxa çıxıb.

Xəzər rayon polis idarəsinə müraciət edən Tamaranın qonşusu bildirib ki, körpəyə yarım saatlıq baxmaq üçün razılıq verib: Mən uşağa yarım saatlıq baxacaqdım. Amma artıq 2 aydır ki, uşağın anası yoxa çıxıb. Belə analara nə deyəsən?"

Uşaq polis tərəfindən müayinəyə götürüldükdən sonra körpələr evinə yerləşdirilib. Tamara isə körpəsini istəmədən dünyaya gətirdiyini deyib. Polisdən verilən məlumata görə, Tamara tüfeyli həyat sürür. O hamilə olduğu vaxtda qəbirstanlıqda yaşayırmış.

Güləsər Qasımova   

OXŞAR XƏBƏRLƏR