Bakıda analoqu olmayan tıxac: Bəylə gəlin saatlarca tıxacda qaldı, sürücülər coşdu (FOTO-YENİLƏNİB)

Bakıda analoqu olmayan tıxac: Bəylə gəlin saatlarca tıxacda qaldı, sürücülər coşdu (FOTO-YENİLƏNİB)
Bütün Xəbərlər
19:25 24.11.2011
4098

"5 saatdır ki, tıxacdayıq. Tıxacın əlindən heç 100 metr də irəliləyə bilməmişik. Mən anlamıram bu halda sürücülər nə etməlidirlər? Bakıya bir az qar yağan kimi, bu vəziyyətə düşürük. Ya qarın yağmasına icazə verməsinlər ya da tıxac problemini aradan qaldırsınlar. VAllah belə olmaz. Biz bir yana. Mənim yanımda gəlin maşını saxlayıb, gəlini artıq 20 dəqiqədir ki, ağlayır. Bu tıxacın sayəsində onun ən xoşbəxt günü ən faciəvi gününə çevriləcək deyəsən" Bu sözləri AZXEBER.COM-a Bakı sakini sürücü Tofiq Ağalarov deyib. O deyib ki, artıq 5 saatdır ki, Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Bakıda və respublika ərazisində havaların kəskin soyuması, qar yağması və yolların buz bağlaması səbəbindən Bakının şimal giriş və çıxışı tamamilə bağlanıb. “20 Yanvar” metrostansiyasından Sumqayıt istiqamətinə gedən bütün yollar bağlanıb. Ətraf qəsəbələrə, Xırdalan, Sumqayıt şəhərlərinə getmək istəyən minlərlə insan yolu piyada qət etmək məcburiyyətində qalıb.Bakı Sumqayıt yolunda çəkilmiş fotonu təqdim edirik. Qeyd edək ki, fotonu AZXEBER.COM-a Ilgar N Alishli adlı oxucumuz təqdim edib. 

 

OXŞAR XƏBƏRLƏR