Şadlıq evi güləş meydanına çevrildiBakıdakı şadlıq evlərindən birində bir toy olub gəl görəsən. Gələn gedəni, gedən gələni qaldırıb göyə, çırpıb yerə. Amma nə əzilən, nə küsən, nə də inciyən olub. Güləş üzrə məşqçi Zamin Allahverdinin toy mərasimində düz şadlıq evinin ortasına güləş döşəyi salınıb. Zorxana güləşi üzrə dünya və Avropa çempionları, sərbəst güləş üzrə Avropa və dünya çempionları, mükafatçıları, cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli meydana çıxaraq fərasətini göstərib. Təsəvvür edin ki, bəy də kənarda qalmayıb. Bər-bəzəkli ağ dəst kostyum geyən toyun əsas səbəbkarı da alıb bir-ikisini başına çırpıb yerə.
Bir sözlə indiyədək görünməmiş bir toy olub. Bunların hamısını rekord.az-ın təqdim etdiyi videoda öz gözlərinizlə görə bilərsiz./// rekord.az