Həyat yoldaşı ilə birgə 90 yaşlı anasına işgəncə verən oğul polisə dəvət olunub.
Bu barədə lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, anasına işgəncələr verən şəxs Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.
Hazırda araşdırmalar davam edir.