Ötən gün Bakıda aptekdən oğurluq edilməsi ilə bağlı görüntülər yayımlamışdıq.
Şəhər ərazisində yerləşən apteklərin birində baş verən oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən lentə alınmışdı.
Görüntülərdə görünürdü ki, aptekə daxil olan gənc oğlan və qız başqa müştərinin istədiklərini hazırlayan satıcının başının qarışıqlığından istifadə edərək bir neçə kosmetik vasitə oğurlayaraq çantasına qoyur.
AZXEBER.COM-da sözügedən oğurluq videosu yayımlanandan sonra oxucular tərəfindən redaksiyamıza çoxlu müraciətlər daxil olub.
Belə ki, həmin oğrular Qara Qarayev metrosunun yaxınlığındakı daha bir aptekdə oğurluq ediblər və eyni ilə kosmetik vasitələr oğurlayıblar.
Zərərçəkənlər polisə müraciət etdiklərini qeyd ediblər.
Həmin görüntüləri təqdim edirik: