Bakıda aptek qarət edən dəstə üvzləri ifşa olundu – FOTO

Bakıda aptek qarət edən dəstə üvzləri ifşa olundu – FOTO
SOSİAL
16:54 18.04.2019
5548
Nərimanov rayonunda aptekdən külli miqdarda pul oğurlayan şəxslər polislər tərəfindən saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.

Verilən məlumata görə, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq aptekdə olan seyfləri qıraraq oradan külli miqdarda pul talayıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsi və 16-cı Polis Bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib.

İdarə və Bölmə əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

Araşdırma zamanı müəyəən olunub ki, dəstə üzvlərindən ikisi - Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar.

Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib.

Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə  anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub.

Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib. Qeyd edək ki, A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.

Qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
11:45 14.07.2026
Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
11:33 14.07.2026
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
11:30 14.07.2026
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
11:27 14.07.2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
11:22 14.07.2026
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
İlham Əliyev Makronu təbrik etdi
11:18 14.07.2026
İlham Əliyev Makronu təbrik etdi
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
11:15 14.07.2026
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
11:14 14.07.2026
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
11:12 14.07.2026
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
11:11 14.07.2026
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
11:00 14.07.2026
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
10:57 14.07.2026
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
10:52 14.07.2026
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
10:45 14.07.2026
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
10:35 14.07.2026
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
10:29 14.07.2026
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək