Bu barədə AZXEBER.COM-a Kliniki Tibb Mərkəzdən məlumat verilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.











































