Bakıda ağsaqqallar gənclərlə bir araya gəldi

GƏNCLİK
16:51 17.04.2013
1620

Bu gün Bakıda ölkənin tanınmış ziyalıları, ağsaqqalları, elm adamları “Nəsillərin görüşü” adlı tədbirdə aktiv gənclərlə görüşüb.

AZXEBER.COM-un məlumatına görə, “Azərbaycan” qəzetinin təşkilatçılığı ilə Respublika Ağsaqqallar Şurası üzvlərinin və 22 gənclər təşkilatının sədr və fəallarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Ağsaqqallar Şurası”nın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov görüşün mahiyyətindən danışıb.

O bildirib ki, Azərbaycanın ən böyük sərvəti ağsaqqallardır.“Ağsaqqal olmaq təkcə yaşla ölçülmür. Ağsaqqal insanları öz ardınca aparan, onları düzgün istiqamətləndirən şəxsdir. Ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır” – deyə, F.Heydərov bildirib.Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, nəsillərin dəyişməsi, bir-birini əvəz etməsi təbii, tarixi və zəruri prosesdir:“Azərbaycan dövləti hər zaman gənclərə xüsusi diqqət ayırıb və çalışıb ki, gənclər də xalqın uğurlar əldə etməsində önəmli rol oynasın” – deyə, B.Sadıqov bildirib.Tədbirdə daha sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək dövlət siyasətinin davam etdirilməsi üçün ağsaqqalların təcrübəsindən faydalanmalı olduqlarını bildiriblər.Onlar rəhbəri olduqları təşkilatlarda daim Azərbaycanın inkişafına dəstək olmaq üçün, dünyada daha da tanınması üçün çalışdıqlarını söyləyiblər.

OXŞAR XƏBƏRLƏR