Bakıda aşiq-məşuq münasibətinin qanlı sonu

Bakıda aşiq-məşuq münasibətinin qanlı sonu
Bütün Xəbərlər
18:17 24.06.2014
1686
Ailəli olan satıcılar mütəmadi görüşməyə başlayıblar.
Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Oqtay Nəcəfovun məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs 2011-ci il sentyabrın 14-də Səbail rayonu, Badamdar qəsəbəsində 34 yaşlı İradə Rzayevanı bıçaqlayaraq öldürüb.
AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, dindirmə zamanı Oqtay Nəcəfov törətdiyi əməli etiraf edib.
O, qətl törətməsini mərhum İradə Rzayevanın onu ailəsi ilə şantaj etməsi ilə əsaslandırıb. Oqtay və İradə bir neçə il əvvəl bir marketdə satıcı işləyiblər. Ailəli olan satıcılar mütəmadi görüşməyə başlayıblar. Lakin sonradan Oqtay ondan ayrılmaq istədiyini deyəndə 34 yaşlı İradə ayrılmamaq üçün münasibətləri barədə arvadına xəbər verəcəyi ilə onu hədələyib.
Məsələyə son qoymaq üçün Oqtay İradə ilə görüş təyin edib. Ərinə çörək almağa getdiyini deyərək, evdən çıxan qadın qonşu məhəllədə sevgilisi ilə görüşüb. Söhbət zamanı məşuqlar arasında mübahisə düşüb. Nəticədə Oqtay məşuqəsini bıçaqlayaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Nəcəfov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Oqtay Nəcəfov apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, mərhumu şantajlarından bezdiyi üçün öldürüb. O, barəsində daha yüngül cəzanın çıxarılmasını istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçən prosesdə Oqtay Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O deyib ki, Oqtay Nəcəfov cinayəti törədərkən anlaqlı olmayıb, onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.
Vəkil Oqtay Nəcəfovun barəsində məhkəmə tibbi ekspertizasının təyin olunmasını istəyib. Hakimlər vəsatəti təmin ediblər və Oqtay Nəcəfovun barəsində Məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə qərar qəbul ediblər. Ekspertiza rəy verənə kimi məhkəmə iclası təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR