Bu gecə saat 01 radələrində Bakının Qaradağ rayonu yol qəzası ata və balanın həyatına son qoyub.Hadisə Səngəçal qəsəbəsində baş verib.Belə ki, Saatlı rayon sakini Fuad Salıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolayırıcısına vurub.Qəza nəticəsində sürücü və qızı Səbinə hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.