Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş konsert keçirilib. Dənizkənarı Milli Parkda təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.“Eurovision - 2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Ell/Nikki duetinin ifa etdiyi “Running scared” paytaxt sakinlərinin alqışları ilə qarşılanıb.Milli Parka toplaşanlar Xalq Artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında Bakı səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.Konsert digər müğənnilərin və Dj-lərin çıxış ilə davam edib.