2 qrup arasında baş verən davada odlu silahdan və bıçaqdan istifadə edilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Nəticədə Bakı şəhər sakinləri – Sadiq Musayev və Elçin Əliyev güllə yarası alıblar. Elxan Bayramzadə isə bıçaqlanaraq qətlə yetirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin digər iştirakçıları da müəyyənləşib. Məlum olub ki, davada yuxarıda adı çəkilən şəxslərdən başqa, Bakı şəhər sakinləri - Tahir Musayev, Əsəd Əliyev, onun qardaşları Teymur və Seymur Əliyevlər, həmçinin Ə. Əliyevin oğlu Məhəmməd Əliyev də iştirak edib.
Əsəd Əliyev, oğlu Məhəmməd DİN BCAİ, BMCMİ, Bakı Şəhər BPİ CAİ və Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiklər əməliyyat tədbirləri nəticəsində tutulub. Onlardan "Makarov" tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S.Əliyevin və hadisənin digər iştirakçılarının tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
anspress












































