Bakıda avtobus aşdı:- Xeyli sayda yaralı var

Bakıda avtobus aşdı:-  Xeyli sayda yaralı var
Bütün Xəbərlər
17:48 20.06.2014
3199
Bakıda avtobus qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 196 saylı xətt avtobusunun aşması nəticəsində xeyli sayda sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, avtobus qəzasında xəsarət alanlardan 7-si təcilli yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər yaralılar isə fərdi maşınlarla xəstəxanaya aparılıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR