08:23 Bazar Günü, 19 Yanvar 2020
SOSİAL

Bakıda avtobus qəzası - 6 nəfər yaralandı

13:34, 14.12.20193204
Bakıda avtobus qəzası - 6 nəfər yaralandı
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ