Daxili İşlər Nazirliyi (DİN) Səbail rayonu Bibiheybət yolunda iki avtobusun iştirakı ilə baş vermiş qəza hadisəsilə bağlı rəsmi məlumat yayıb. Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 13.40 radələrində Səbail rayonu Bibiheybət yolunda 207 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusla Bakı şəhər sakiniTuran Əhmədovun idarə etdiyi "Ford" markalı avtomaşın toqquşub. Nəticədə Turan Əhmədov hadisə yerində ölüb, xəsarət almış "Daewoo" markalı avtobusun sərnişini, Bakı şəhər sakiniElsevər Məcidova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla əlaqədar Səbail Rayon Polis İdaərəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, bir gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhəri, Səbail rayonunda "Ford" markalı mikroavtobus və "Daewoo" markalı avtobus toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerindəcə vəfat edib. Xilasedicilər deformasiyaya uğramış mikroavtobusdan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.