Bakıda avtobus sürücüləri aksiya keçirir - FOTOLAR

Bakıda avtobus sürücüləri aksiya keçirir - FOTOLAR
Bütün Xəbərlər
14:27 22.08.2014
2226

Bu gün 95 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus sürücüləri aksiya keçiriblər.

Bu barədə AZXEBER.COM-a sözügedən avtobusun sərnişinləri məlumat verib.

“Həzi Aslanov” metrosundan “Şəhidlər Xiyabanı”na doğru hərəkət edən avtobusun sürücüləri aksiya keçiriblər.  Onlar avtobusları “Həzi Aslanov” metrosunun yanında saxlayaraq, hərəkət etməyəcəklərini söyləyiblər. Buna səbəb isə, maşrutun hərəkət istiqamətində olan yolların bağlı olmasıdır.

Nəticədə sərnişinlərlə avtobus sürücüləri arasında narazılıq yaşanıb. Sərnişinlər avtobusların hərəkət etməsini tələb etsələr də, bu cəhdləri nəticəsiz qalıb. 

OXŞAR XƏBƏRLƏR