Bakıda avtobus sürücüləri qurbanlarının sayı açıqlandı
Bütün Xəbərlər
12:24 18.01.2013
958
2012-ci ildə Bakıda avtobuslarla vurulanların sayı 160-a yaxın olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 2012-ci ildə paytaxtda avtobusların iştirakı ilə 70 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 38 nəfər ölüb, 119 nəfər xəsarət alıb.Əsədov deyib ki, fiziki şəxslərə məxsus avtobusların iştirakı ilə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 6 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Hüquqi şəxslərə məxsus avtobusların iştirakı ilə isə 50 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 32 nəfər ölüb, 90 nəfər xəsarət alıb.