Bakıda avtobus sürücüləri sərnişinlərin gözü önündə əlbəyaxa oldular - FOTOLAR

Bakıda avtobus sürücüləri sərnişinlərin gözü önündə əlbəyaxa oldular - FOTOLAR
Bütün Xəbərlər
11:35 04.09.2012
3019
Bakıda sərnişin avtobusunun sürücüləri arasında dava olub. Hadisə bu gün saat 9:15 radələrində Azadlıq prospektində, dayanacaqlardan birində baş verib. AZXEBER.COM-un məlumatına görə, həmin vaxt milli.az-ın avtobuslardan birində olan əməkdaşı sürücülərin davasını əvvəldən axıra kimi müşahidə edib.
İçərisində əməkdaşımızın olduğu 133 saylı 10 TG 333 dövlət nömrə nişanlı avtobus Nəsimi bazarı yaxınlığındakı dayanacağa yaxınlaşıb. Bu zaman dayanacaqda 90 JL 455 dövlət nömrə nişanlı başqa avtobus saxlayıb. Avtobusların bir-birinin qarşısına çıxması sürücülərin mübahisəsinə səbəb olub. Mübahisəni 133 saylı avtobusun yanında olan konduktor daha da qızışdırıb və mübahisə edən sürücünün üstünə cumub. Mübahisə əlbəyaxaya keçib. Bir-birinə yumruq zərbələri endirən sürücüləri sərnişinlər sakitləşdiriblər.
"Bakısərnişinnəqliyyat" Departamentinin nəzarət şöbəsindən milli.Az-a bildirildi ki, baş vermiş hadisə araşdırılacaq və günahkar sürücü cəzalandırılacaq.
OXŞAR XƏBƏRLƏR