Bakının Nizami rayonunda xoşagəlməz hadisə yaşanıb.Belə ki, Neftçilər metrosundan hərəkətə başlayan 64 nömrəli avtobus sürücülərin həyatını təhlükəyə atıb.Oxucular tərəfindən AZXEBER.COM-a göndərilən video görüntüdə sürücü sükan arxasında çay içərək avtobusu idarə edir. Sükandan bir əli ilə tutan sürücü, digər əli ilə də çox rahatlıqla çay içərək sərnişinlərin həyatını təhlükə altına atıb.Xoşbəxtlikdən heç bir hadisə baş vermədən avtobus yoluna davam edib.AZXEBER.COM olaraq sərnişinlərdən birinin çəkdiyi bu video gürüntünü sizlərə təqdim edirik.