Bakıda avtobus sürücüsü onlarla sərnişini xilas etdi

Bakıda avtobus sürücüsü onlarla sərnişini xilas etdi
Bütün Xəbərlər
17:34 12.10.2012
3176

Oktyabr ayının 11-də paytaxtın Gəncə prospektində avtobus sürücüsü “Daewoo” markalı ( 10-TF-823 dövlət qeydiyyat nömrəsi) avtobusu idarə etdiyi zaman dünyasını dəyişib.

Halının pisləşdiyini hiss edən 2 saylı avtobusun sürücüsü56 yaşlı Məlik Vahidov insan təlafatı ilə nəticələnəcək qəzanın baş verməməsi üçün dərhalavtobusu yolun kənarına sürüb və saxlayıb. Nəticədə nəqliyyat vasitəsinin salonunda olan 21 nəfər sərnişin heç bir zədə almadan xilas olublar. Lakin peşəkar sürücü 21 nəfər insanın həyatını xilas etsədə özü avtobusu saxladıqdan sonra dünyasını dəyişib.

 Nəqliyyat Nazirliyi baş vermiş bədbaxt hadisədən məlumatlı olduğunu və mərhumun ailəsinə maddi yardım edəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR