Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov bununla bağlı polisə şikayət edib
Bakıda sürücü sərnişini döyərək mobil telefonunu əlindən alıb. Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov ərizə ilə 16-cı PB-yə müraciət edərək bildirmişdir ki, yanvarın 11-i saat 22:30 radələrində C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda sürücüsü və yanında olan 2 nəfər şəxs avtobusda onu döyərək 2 ədəd mobil telefonunu əlindən alıblar. Bakı Şəhər Baş Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mingəçevir şəhər sakini Müseyib Nəsirov, Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş Pünhan Qurbanov tutulmuş, digər iştirakçının tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.