Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - FOTOLAR

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - FOTOLAR
Bütün Xəbərlər
00:01 08.09.2012
3834

Bakıda avtobus sürücülərinin özbaşınalığı günü-gündən artmaqda davam edir.

AZXEBER.COM portalının əməkdaşının ötən gün şəhərin ən sıx olduğu yollardan birində çəkdiyi kadrlarda bunun bir daha şahidi olmaq mümkündür.

Belə ki, 3-cü mkr bazarı adlanan ərazidən Ziya Bünyadov prospektinə doğru hərəkətdə olan yolda içi sərnişinlə dolu “165” nömrəli avtobus sürücüsü tıxacdan tez qurtulmağa çalışarkən sərnişinlərin həyatını təhlükəyə atıb. Ətrafdakı sürücülərin etirazlarının ardından daha bir ağır yol qəzasının baş verməsinin qarşısı alınıb.

Qeyd edək ki, avqustun 31-i səhər saatlarında Bakı yaxınlığında sərnişin avtobusunun qatarla toqquşması nəticəsində rəsmi xəbərə görə 6 nəfər həlak olub, 41 nəfər də yaralanmışdı.

Görünür bu hadisənin baş verməsi hələ də bəzi sürücülərə və onlara “nəzarət” edən məmurlara dərs olmayıb.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR