Bakıda avtobus tüstüləndi, sərnişinlər qaçdılar - VİDEO
Bütün Xəbərlər
12:40 08.05.2015
1443
Bakı səhəri daha bir avtobus olayı ilə açdı. AZXEBER.COM-un məlumatına görə, milli.az xəbər verir ki,saat təxminən 09:40-da 10 saylı avtobus 7-ci mikrorayonda tüstülənməyə başlayıb. Sərnişinlər dərhal qaçaraq avtobusdan düşməyə başlayıblar. Olduqca böyük çaxnaşma yaranıb. Avtobusun tüstülənməyinə səbəb isə mühərrikin ağırlığa tab gətirməməsi olub.Belə ki,sürücü həddindən artıq adam götürdüyü üçün sərnişinlərin bəziləri mühərrikin üzərinə çıxıblar. Hadisə də bundan qaynaqlanıb.Həmin görüntüləri təqdim edirik.