Bakıda avtobusda 5 qəpik üstündə dava düşdü - VİDEO

Bakıda avtobusda 5 qəpik üstündə dava düşdü -  VİDEO
Bütün Xəbərlər
15:20 04.05.2013
6276
Hadisə “Neftçilər” metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib. Avtobus sürücüsü ilə sərnişin arasında 5 qəpik üstündə dava düşüb.AZXEBER.COM-un Day.az-a istinadən verdiyi xəbərə görə, hadisə "Neftçilər" metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib. Binə qəsəbəsində dayanacaqda düşmək istəyən sərnişin Mahir Cəbiyev Namiq adlı avtobus sürücüsünə 30 qəpik verib. Lakin sürücü gediş haqqının 35 qəpik olduğunu bildirib.Sərnişin üstündə pul olmadığını deyəndə avtobus sürücüsü tərəfindən təhqirə məruz qalıb və tərəflər arasında dava baş verib.Nəticədə sürücü və sərnişin Xəzər rayonunun 1 saylı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Dava iştirakçıları ifadə verdikdən sonra barışıblar və sərbəst buraxılıblar.
OXŞAR XƏBƏRLƏR