Bakıda avtobusda qadın özünü apara bilmədi - VİDEO

Bakıda avtobusda qadın özünü apara bilmədi - VİDEO
Bütün Xəbərlər
22:03 27.07.2014
7481

Sosial şəbəkələrdə ictimai nəqliyyatda daha bir sərnişin tərbiyəsizliyini əks etdirən videogörüntülər yayılıb.

AZXEBER.COM “ans press”ə istinadən xəbər verir ki, daha bir qadın sərnişin avtobusunda qeyri-etik davranışı ilə ətrafdakıların diqqətini cəlb edib. Pəri adlı qadın digər sərnişinlərə məhəl qoymadan cib telefonu ilə danışarkən nalayiq söyüşlər söyüb.

Videoda qadının üzü görülməsə də səsi aydın olaraq eşidilir. Onun sərt reaksiyası və danışığından anlaşıldığına görə, telefonun digər tərəfində dayanan Maya adlı şəxs onu ərinin məşuqəsi olduğunda günahlandırır. Elə bundan sonra da qadının ağzından çıxan söyüşlərin ardı kəsilmir.

“Aaaz, mən Pəriyəm, sənin kaftar ərivə qalmamışam. Yeri gələndə mənim ərimin 25 yaşı var. Adıma söz çıxarma. İndi sənin yanına polislə gələcəm” -deyə, qışqıran Pəri, söhbətinin sonunda avtobusdakılara qonşusu ilə danışdığını söyləyib.

OXŞAR XƏBƏRLƏR