Bakıda avtobuslar niyə onlar üçün ayrılmış zolaqla hərəkət etmirlər? - AÇIQLAMA

SOSİAL
12:06 30.09.2024
1264
Son zamanlar paytaxtda avtobus sürücülərinin özbaşınalıq edərək digər nəqliyyat vasitələri üçün ayrılmış zolaqlara daxil olması barədə tez-tez mübahisəli görüntülər sosial şəbəkələrdə paylaşılır.
 
Sözügedən problemlə bağlı daha bir video yayılıb.


 
Həmin videoda vətəndaşlar öz xətləri üzrə hərəkət etməli olan avtobusların avtomobillər üçün nəzərdə tutulan zolaqlara daxil olduğunu qeyd edirlər.
 
Videodakı sərnişin daşıma xətləri üzrə avtobuslar isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) tabedir.
 
Məsələylə bağlı qeyd etdiyimiz agentliyin mətbuat xidmətinin rəhbəri Tural Orucov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bəzi manevr hərəkətləri səbəbilə avtobuslar bəzən onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar:

 

"Manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət eetmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".
 
Onu da əlavə edək ki, digər nəqliyyat vasitələri - avtomobillər və başqa hərəkət iştirakçıları avtobuslar üçün təşkil olunan müəyyən "bus" tipli zolaqlara daxil olanda həmin sürücülərə inzibati qaydada 100 manat 2 bal cərimə protokolu tərtib edilir. Bundan sonra isə avtomatik avtomobilləri kütləvi şəkildə cərimə riski gözlədiyi onlar avtobus zolaqlarına girməyə tərəddüd edirlər.
 
Bu zaman isə avtobusların şəhər daxili intensiv hərəkəti bərpa edilir.
 
Bəs, görəsən bəzi səhlənkar, özbaşınalıq edən avtobus sürücülərinə də onlar üçün ayrılmış müvafiq zolaqla hərəkət etmədikləri üçün cərimə protokolu yazılmalıdırmı?
 
Mövzuya dair açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, avtobus manevr edərkən hərəkət zolağını dəyişə bilər:
 


"Avtobus zolaqlarının çəkilməsinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, ictimai nəqliyyatın avtobus seqmentinin sərbəst hərəkəti təmin olunsun. Sərnişinlər vaxtında bir nöqtədən digərinə çata bilsinlər. İkinci məqsədlərdən biri budur ki, avtobus sürücüləri nəqliyyat vasitəsini zolaq istiqamətində sürsünlər. Digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Sadəcə burada bir məqam var ki, düzdür, avtobus zolaqları yolun sağ istiqamətində çəkilib. Məsələ ondadır ki, avtobus hər zaman sağ zolaqla hərəkət edə bilməz. Bunu şəhərdə maşın sürən hər kəs bilir. Avtobus manevr etməlidir. Əlbəttə ki, dönmə əməliyyatı etdiyi zaman o öz zolağından çıxa bilər. Belə bir şərt yoxdur. Avtobus zolağı sağdadırsa, avtobus sola dönmə edirsə, bunu necə etsin? Ona görə də bu tam normal prosesdir. Bütün dünyada var".
 
Ekspert yayılan videoya da münasibət bildirərək bu fikirləri səsləndirib:
 
"Biz bu videodan da aydın görürük ki, sağ hərəkət zolağındakı döngədə avtomobil dayanıb. Avtobus bu halda məcbur olub sola çıxmalıdır. Öz kefindən bunu etmir. Bütün daşıyıcı şirkətlər qarşısında bu tapşırıq qoyulub ki, onlar ayrılmış zolaq üzrə hərəkət etsinlər. Zolaqla hərəkət etməyən sürücülərə qarşı da müəyyən tədbirlər görülür".
 
Mikayıl Mirzəzadə
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq